Xəzər Universiteti

Vebsayt

Təsvir

Xəzər Universiteti Azərbaycanda fəaliyyətə başlayan ilk ingilisdilli ali məktəbdir.

Xəzər Universiteti Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan ilk tədqiqat yönümlü özəl ali məktəbdir.

Xəzər Universiteti Azərbaycanda sənaye və iş dünyası ilə, aparıcı yerli və beynəlxalq şirkətlərlə geniş əlaqəsi olan ali məktəblərdən biridir.

Xəzər Universiteti Azərbaycanda yeganə Universitetdir ki, onun tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı Universitetləri tərəfindən tanınır.

Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir.

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir.

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur. Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi» ölkəmizdə bu sahədə fəaliyyətə başlayan ilk qurumdur.

Təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Xəzər Universiteti beynəlxalq əlaqələrini daimi inkişaf etdirir, eləcə də ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir.

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.

Müxtəlif ixtisaslar üzrə magistr proqramları, Fəlsəfə doktoru (Ph.D.) proqramları və Azərbaycanda ən nüfuzlu proqramlardan olan MBA proqramı universitetin təhsil sistemində mühüm yer tutur.

Fəaliyyətdə olduğu müddətdə Хəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır.

Uni­versitetdə 2000-ə yaxın yerli və xarici tələbə təhsil alır.

Professor-müəllim heyətinin təxminən 10 faizi universitetin öz məzunlarıdır.

Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.

Universitet nəzdində «Dünya» məktəbi, müxtəlif elmi mərkəzlər və tədqiqat institutları fəaliyyət göstərir.

Universitetdə azərbaycanlılarla yanaşı ABŞ, bir sıra Avropa ölkələri, eləcə də Çin, Koreya, Hindistan, Pakistan, İran, İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri, və s. ölkələrdən əcnəbi tələbələr təhsil alır. Əcnəbi tələbələr təhsil alan tələbələrin təxminən 10-12 faizini təşkil edir.

Universitetdə 200-dən çox professor-müəllim heyəti çalışır. Bunlar həm tanınmış yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislərdir.

Yerli mütəxəssislərin əksəriyyəti müxtəlif vaxtlarda müxtəlif proqramlar, qrantlar üzrə dünyanın müxtəlif ali məktəblərində təcrübə keçmiş, öz sahələrində söz və nüfuz sahibi olan ingilisdilli mütəxəssislərdir.

Universitetdə yerli mütəxəssislərlə yanaşı, bir sıra xarici mütəxəssislər də çalışırlar. Hər semestr təxminən 10-20 xarici müəllim bütün semestr boyu Xəzərdə dərs deyir. Bununla yanaşı qısa müddətli dərs demək və elmi məruzələr etmək üçün tez-tez (ildə təqribən 80-100 nəfər) xaricdən mütəxəssislər dəvət olunur. Onlar tələbələrə 1 həftəlik, 2 həftəlik və 3 həftəlik intensiv dərslər verməklə kadr təminatını və tədris metodologiyasını gücləndirir. Onların rəhbərliyi ilə müəllimlər üçün treninq kursları da təşkil edilir ki, bu da yerli müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasına xidmət edir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 149
Baxışların sayı: 103
Əlavə edilib: 25.08.20 05:13:02
Yenilənib: 25.08.20 05:13:02
Vaxtı bitir: 25.08.21 05:13:00
Kateqoriya: Ali məktəblər

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Füzuli Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 km, eni 60 metr olacaq - FOTO
Xəbərlər Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu 3 kilometr, eni isə 60 metr olacaq.APA-nın məlumatına görə, bu barədə işğaldan azad edilmiş Füzu
Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
Xəbərlər Rusiya helikopteri Suriyanın şimal-şərqində qəzaya uğrayıb.“Report”un məlumatına görə, bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələrinə istinadən “R
“Turan Bank”da yeni departament rəhbəri təyin edilib
Məlumatlar “Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu departamentə rəhb
Fevralın 28-i Beynəlxalq Nadir Xəstəliklər Günüdür
Məlumatlar Nadir xəstəliklərin öyrənilməsi üzrə Avropa təşkilatının (EURORDIS) təşəbbüsü ilin ən nadir günü - fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərin Günü statusu alı
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa