TİPİİ - Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu

Vebsayt

Təsvir

TİPİİ - Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının  tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir.
İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.
İnstitutun yaranma tarixi:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu 15 yanvar 2016-ci il tarixində yaradılmışdır.
İnstitutun kadr potensiali:
İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir. Hazırda institutun 113 əməkdaşı var.
İnstitutun fəaliyyət istiqamətləri:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması;
müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi;
keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması;
ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması;
müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1048
Baxışların sayı: 58
Əlavə edilib: 24.09.20 04:12:43
Yenilənib: 24.09.20 04:12:43
Vaxtı bitir: 24.09.21 04:12:00
Kateqoriya: Ali məktəblər

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və