Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi - AAHM

Vebsayt

Təsvir

HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN TARİXİ 1918-ci il FEVRAL AYININ 6-DA MÜSƏLMAN KORPUSUNUN KOMANDİRİ GENERAL-LEYTENANT ƏLİAĞA ŞIXLİNSKİNİN MƏKTUBLA BOLŞEVİK İNQİLABINDAN SONRA CƏNUBİ QAFQAZDA LEGİTİM HAKİMİYYƏT ORQANI OLAN ZAQAFQAZİYA KOMİSSARLIĞINA MÜRACİƏT ETMƏSİ VƏ MİLLİ HƏRBİYYƏ MƏKTƏBİNİN AÇILMASI HAQQINDA İCAZƏ İSTƏMƏSİ İLƏ BAŞLAYIR.
ZAQAFQAZİYA KOMİSSARLIĞININ RAZILIĞI İLƏ 1918-Cİ İL MART AYININ 1-DƏ TİFLİS ŞƏHƏRİNDƏ MİLLİ HƏRBİYYƏ MƏKTƏBİ AÇILMIŞ ELAN EDİLDİ VƏ PORUÇİK CAHANGİR BƏY ZEYNALBƏY OĞLU NƏSİRBƏYOV MİLLİ HƏRBİYYƏ MƏKTƏBİNİN RƏİSİ TƏYİN EDİLDİ, ELƏ HƏMİN GÜN DƏ MƏKTƏBİN DƏFTƏRXANASI FƏALİYYƏTƏ BAŞLADI VƏ DƏRHAL DA KURSANT QƏBULU ELAN EDİLDİ.
KORPUS KOMANDİRİ ƏLİAĞA ŞIXLİNSKİNİN ƏMRİ İLƏ MİLLİ HƏRBİYYƏ MƏKTƏBİNİN DAİMİ HEYƏTİ VƏ DƏFTƏRXANASI 1918-Cİ İLİN APREL AYININ 2-DƏ TİFLİSDƏN GƏNCƏYƏ KÖÇÜRÜLDÜ VƏ HƏMİN AYIN 8-DƏ GƏNCƏDƏKİ SƏNƏT MƏKTƏBİNDƏ YERLƏŞDİRİLƏRƏK ÖZ FƏALİYYƏTİNİ DAVAM ETDİRDİ.
1918-Cİ İLİN APREL AYINDA BOLŞEVİK-DAŞNAK QOŞUNLARININ GƏNCƏ ÜZƏRİNƏ HÜCUMA BAŞLAMASI İLƏ AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏT MÜRƏKKƏBLƏŞDİYİ ÜÇÜN MİLLİ HƏRBİYYƏ MƏKTƏBİNİN FƏALİYYƏTİ MÜVƏQQƏTİ OLARAQ DAYANDIRILDI. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ELAN OLUNMASINDAN DƏRHAL SONRA, YƏNİ 1918-Cİ İL MAY AYININ SONUNDA – İYUN AYININ ƏVVƏLLƏRİNDƏ BU MƏKTƏBİN FƏALİYYƏTİ YENİDƏN BƏRPA EDİLDİ. 1918-Cİ İL OKTYABR AYININ 27-DƏ MİLLİ HƏRBİYYƏ MƏKTƏBİNİN İLK BURAXILIŞI OLDU. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN HƏRBİ NAZİRİNİN 1 DEKABR 1918-Cİ İL TARİXLİ ƏMRİ İLƏ GƏNCƏDƏ YERLƏŞMİŞ MİLLİ HƏRBİYYƏ MƏKTƏBİ PRAPORŞİKLƏR MƏKTƏBİ ADLANDIRILARAQ İLK ZABİT RÜTBƏSİ VERDİ.1919-CU İL OKTYABR AYININ 31-DƏ HƏRBİ NAZİR SƏMƏD BƏY MEHMANDAROVUN ƏMRİ İLƏ PRAPORŞİKLƏR MƏKTƏBİ YENİDƏN HƏRBİYYƏ MƏKTƏBİ ADLANDIRILDI. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ SÜQUT ETDİKDƏN SONRA, 1920-Cİ İL MAY AYININ 25-DƏ HƏRBİYYƏ MƏKTƏBİ AZƏRBAYCAN BİRLƏŞMİŞ HƏRBİYYƏ MƏKTƏBİ ADLANDIRILDI.1923 – CÜ İLDƏ ƏLİAĞA ŞIXLINSKİ, 1924 – CÜ İLDƏ İSƏ SƏMƏD BƏY MEHMANDAROV BU MƏKTƏBDƏ MÜƏLLİM İŞLƏMƏYƏ CƏLB EDİLDİLƏR.1930-CU İLİN NOYABR AYINDA ZAQAFQAZİYA HƏRBİ HAZIRLIQ MƏKTƏBİ YENİDƏN FORMALAŞDIRILARAQ SERQO ORJENİKİDZE ADINA BAKI PİYADA MƏKTƏBİ ADLANDIRILDI VƏ QIRMIZI ORDU ÜÇÜN TƏHSİL MÜDDƏTİ 3-İL OLMAQLA ZABİT KADRLARI HAZIRLAYIRDI.1933-CÜ İLDƏ BAKI PİYADA MƏKTƏBİ SALYAN KAZARMALARI ŞƏHƏRCİYİNDƏ ONUN ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ BİNALARA KÖÇÜRÜLDÜ VƏHAL-HAZIRDA BU BİNALARDA TƏLİM-TƏDRİS MƏRKƏZİ YERLƏŞİR.1942-Cİ iLDƏ QAFQAZ İSTİQAMƏTİNDƏ HƏRBİ ŞƏRAİT MÜRƏKKƏBLƏŞƏNDƏ BAKI HƏRBİ PİYADA MƏKTƏBİNİN ŞƏXSİ HEYƏTİNİN ƏSAS HİSSƏSİ CƏBHƏYƏ GÖNDƏRİLDİ, LAKİN MƏKTƏBİN DAİMİ HEYƏTİNİN BÖYÜK HİSSƏSİ VƏ MADDİ-TEXNİKİ BAZASI BAKIDA SAXLANILDI.CƏMİ İKİ AYDAN SONRA İSƏ BU MƏKTƏBƏ FƏALİYYƏTİ DAYANDIRILMIŞ QROZNI HƏRBİ-PİYADA MƏKTƏBİNİN KURSANTLARININ BİR HİSSƏSİ GƏTİRİLDİ VƏ BURADA KURSANT HEYƏTİ YENİDƏN KOMPLEKTLƏŞDİRİLDİ VƏ MƏKTƏB ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ VƏ İKI AYLIQ KURSDAN SONRA, YƏNİ 1942 –Cİ İLİN SONUNDA QROZNIDAN GƏLMİŞ TƏXMİNƏN 80 NƏFƏR KURSANT ZABİT RÜTBƏSİNDƏ CƏBHƏYƏ GÖNDƏRİLDİ. 1954-CÜ İLİN MART AYINDA BU HƏRBİ MƏKTƏB “BAKI HƏRBİ MƏKTƏBİ” ADLANDIRILMIŞDIR 1958-Cİ İLDƏ MƏKTƏBİN TƏDRİS PROSESİNİN YÜKSƏLDİLMƏSİ MƏQSƏDİ İLƏ YENİDƏN TƏŞKİLATLANMA İŞLƏRİ HƏYATA KEÇİRİLMİŞ VƏ MƏKTƏB “BAKI ALİ ÜMUMQOŞUN KOMANDANLIQ MƏKTƏBİ” ADLANDIRILMIŞDIR.1966-CI İLDƏ BAKI ALİ ÜMUMQOŞUN KOMANDANLIQ MƏKTƏBİNƏ AZƏRBAYCAN SSR ALİ SOVETİNİNADI VERİLMİŞDİR.1992-Cİ İLİN MAY AYINDA “BAKI ALİ ÜMUMQOŞUN KOMANDANLIQ MƏKTƏBİ” AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ TABEÇİLİYİNƏ KEÇİRİLMİŞDİR.YENİ YARANMIŞ MÜSTƏQİL RESPUBLİKANIN SİLAHLI QÜVVƏLƏRİ VƏ DİGƏR QOŞUN NÖVLƏRİNİN MÜXTƏLİF ALİ HƏRBİ İXTİSASLI ZABİT KADRLARI İLƏ KOMPLEKTLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ YARANDIĞI ÜÇÜN MƏKTƏB “BAKI ALİ BİRLƏŞMİŞ KOMANDANLIQ MƏKTƏBİ” ADLANDIRILMIŞDIR. BAKI ALİ BİRLƏŞMİŞ KOMANDANLIQ MƏKTƏBİNDƏ 1992-1997-Cİ İLLƏRDƏZABİT KADRLARININ HAZIRLANMASI ÜZRƏ TƏDRİS PROSESİ KEÇMİŞ SOVET İTTİFAQININ HƏRBİ TƏDRİS SİSTEMİNƏ ƏSASƏN HƏYATA KEÇİRİLMİŞDİR.1996-CI İLDƏ TÜRKİYƏ RESPUBLİKASI İLƏ AZƏRBAYCAN RESPUBLİKSI ARASINDA İMZALANMIŞ PROTOKOLA ƏSASƏN TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ ZABİTLƏRİNİN KÖMƏKLİYİ İLƏ MƏKTƏBDƏ MÜASİR STANDARTLARA UYĞUN TƏDRİS SİSTEMİNƏ KEÇİD ÜÇÜN MÜVAFİQ İŞLƏR APARILDI.BUNUNLA ƏLAQƏDAR, 1997-Cİ İLDƏN BAŞLAYARAQ KEÇMİŞ “BAKI ALİ HƏRBİ DƏNİZÇİLİK MƏKTƏBİ” NƏZDİNDƏ HƏR İL YENİ KURSANT TABORU YARADILMIŞ VƏ 4 KURSANT TABORUNUN FORMALAŞDIRILMASI ÜZRƏ İŞLƏR 2000-Cİ İLDƏ SONA ÇATDIRILMIŞDIR. 2001-Cİ İLİN AVQUST AYINDA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANININ FƏRMANINA ƏSASƏN FƏALİYYƏT GÖSTƏRƏN HƏRBİ MƏKTƏBLƏR“AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİ”, “AZƏRBAYCAN ALİ HƏRBİ TƏYYARƏÇİLİK MƏKTƏBİ” VƏ “AZƏRBAYCAN ALİ HƏRBİ DƏNİZÇİLİK MƏKTƏBİ”, ADLANDIRILMIŞDIR.AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 10 MART 2004-CÜ İL TARİXLİ FƏRMANINA ƏSASƏN MƏKTƏB AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYIR.AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 24 DEKABR 2015-Cİ İL TARİXLİ SƏRƏNCAMINA ƏSASƏN AZƏRBAYCAN ALİ HƏRBİ TƏYYARƏÇİLİK VƏ AZƏRBAYCAN ALİ HƏRBİ DƏNİZÇİLİK MƏKTƏBLƏRİ LƏĞV EDİLMİŞ, QURU QOŞUNLARI, HƏRBİ HAVA QÜVVƏLƏRİ, HAVA HÜCUMUNDAN MÜDAFİƏ VƏ HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ FAKÜLTƏLƏRİ YARADILMAQLA, HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ BİRLƏŞDİRİLMİŞDİR.HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNİN VƏZİFƏSİ SİLAHLI QÜVVƏLƏR ÜÇÜN LİDERLİK, İDARƏETMƏ, KOMANDİRLİK VƏ MÜSTƏQİL QƏRAR QƏBULETMƏ XÜSUSİYYƏTLƏRİNƏ MALİK OLAN ZABİT KADRLARI HAZIRLAMAQDIR.
 
FAKÜLTƏ VƏ KAFEDRALAR
 
I. QURU QOŞUNLARI FAKÜLTƏSİ
1. Taktika kafedrası;
2. Silah və atış kafedrası;
3. Kəşfiyyat və radioelektron mübarizə kafedrası;
4. Raket və artilleriya qoşunları kafedrası;
5. Hərbi mühəndis kafedrası;
6. Rabitə və avtomatik idarəetmə kafedrası;
7. Maddi-texniki təminat kafedrası.
 
II. HƏRBİ HAVA QÜVVƏLƏRİ FAKÜLTƏSİ
1. Uçuş hazırlığı kafedrası;
2. Aviasiya mühəndisliyi kafedrası.
 
III. HAVA HÜCUMUNDAN MÜDAFİƏ FAKÜLTƏSİ
1. Hava hücumundan müdafiə taktikası və döyüşə tətbiqi kafedrası;
2. Hava hücumundan müdafiə silahları və radiotexnika mühəndisliyi kafedrası.
 
IV. HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ FAKÜLTƏSİ
1. Hərbi dəniz taktikası kafedrası;
2. Gəmiçilik və radiotexniki sistemlər kafedrası;
3. Gəmi enerji sistemləri kafedrası.
 
V. ÜMUMİ HAZIRLIQ FƏNLƏRİ KAFEDRALARI
1. Fundamental və təbiət fənləri kafedrası;
2. Humanitar və sosial fənlər kafedrası;
3. Texniki fənlər kafedrası ;
4. İnformatika kafedrası;
5. Dillər kafedrası;
6. Fiziki hazırlıq və idman kafedrası;
7. NATO və sülh naminə əməkdaşlıq kafedrası.
 

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 800
Baxışların sayı: 170
Əlavə edilib: 11.09.20 01:59:31
Yenilənib: 11.09.20 01:59:31
Vaxtı bitir: 11.09.21 01:59:00
Kateqoriya: Ali məktəblər

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir
Xəbərlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) arasında post pandemiya dövründə daxili turizmin bərpa
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Xəbərlər Martın 2-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans forma
İlon Mask yeni şəhər yaradır
Məlumatlar Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.Report xəbər verir ki, sahibkar bu barədə
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa