Gəncə Dövlət Universiteti

Təsvir

Gəncə Dövlət Universiteti - Azərbaycan Xalq Komissarları Sovetinin qərarına əsasən, 1938-ci il aprel ayının 14-də Gəncə şəhərində Nadejda Krupskaya adına 2 illik Müəllimlər İnstitutun əsası qoyulmuşdur. 1939-cu ildə İnstitutun ilk iki ixtisası Təbiət və Fizika-riyaziyyat ixtisasları fəaliyyət göstərmiş, daha sonra isə iki şöbə Tarix, Azərbaycan dili və ədəbiyyat şöbələri də fəaliyyətə başlamışdır. 01 sentyabr 1943-cü ildən etibarən 2 illik Müəllimlər İnstitutu ləğv olunur, həmin təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradılır. 1943-cü ildə İnstitut görkəmli maarifçi, 1875-ci ildə ilk qəzetin banisi Həsən Bəy Zərdabinin şərəfinə onun adı ilə adlandırılmışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən İnstitutun profili genişləndirilmiş və Gəncə Dövlət Universiteti adlandırılmışdır.
Departament 2017-ci ildən fəaliyyət göstərir. Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin nəzdində 5 yeni şöbə yaradılmışdır. Bunlar İnnovasiya texnologiyalarının transferi və marketinqi, Strateji təhlil, qiymətləndirmə və monitorinq, İnformasiya resurslarının formalaşması, Layihələrin idarə edilməsi şöbəsi və Əqli mülkiyyət şöbəsidir. Bundan əlavə rektorun müvafiq əmrinə əsasən İnformasiya Kommunikasiya Texnologiyaları, Beynəlxalq əlaqələr və Nəşriyyat şöbəsi də İnnovasiyalar Departamentinin tərkibinə daxil edilmişdir.
     Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamenti elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verəcəkdir.
     İnnovasiyalar Departamentinin fəaliyyətinə Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması məqsədi ilə ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazırladıqları layihələrin istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlərin qurulması daxildir. Bundan sonra GDU özünün dövlət büdcəsindəki xərc yükünü azaltmaqla, ölkədən valyuta axınının qarşısının alınmasında, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və iqtisadiyyatın diversifikasiya edilməsində öz rolunu artıra biləcək. Beləliklə, Departament ən qısa zaman ərzində elm və yüksək texnologiyalar mərkəzinə çevriləcəkdir.

Əlavə məlumat

Şəhər/Rayon Gəncə

Sayt məlumatı

Saytın ID-si: 360
Baxışların sayı: 6
Əlavə edilib: 03.09.20 03:05:32
Yenilənib: 03.09.20 03:05:32
Vaxtı bitir: 03.09.21 03:05:32
Kateqoriya: Ali məktəblər

Şərhlər

comments powered by Disqus