Bakı Avrasiya Universiteti

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/BAAU1992/

Təsvir

Bakı Avrasiya Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Ali Diplomatiya Kollecinin yaradılmasında əsas məqsəd çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar yetişdirmək, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi. 1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr üzrə elmi-tədqiqat işləri aparılırdı:
- diplomatiya və xarici siyasətə dair fundamental və tətbiqi problemləri araşdırmaq;
- Azərbaycanşünaslıq ixtisası üzrə tədqiqat işləri aparmaq;
- elmi nəşrlərin hazırlanması işini təşkil etmək;
- müvafiq sahələr üzrə informasiya sistemini təşkil etmək və s.
Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə diplomatiya, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, sinxron tərcümə, beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə kadrlar hazırlamaq hüququ verildi və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyyə edildi. DAEK-in rəyi əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 1996-ci il tarixli 22 saylı qərarı ilə təhsil müəssisəsinə dövlət statusu verilmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali Diplomatiya Kollecinin milli təhsil konsepsiyasına uyğun fəaliyyət göstərməsini, zəngin tədris və kadr hazırlığı təcrübəsinə malik olmasını, beynəlxalq əlaqələrini sürətlə genişləndirməsini və keyfiyyətli tədris prosesini təmin etməyə qadir metodiki, maddi-texniki bazaya və qabaqcıl elmi-pedaqoji kadr potensialına malik olmasını, məzunlarının respublikadaxili və beynəlxalq əmək bazarında layiqli iştirakını, eyni zamanda Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərdə yüksək iş keyfiyyətinin bir daha müşahidə edilməsini nəzərə alaraq adının dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılması ilə bağlı Azərbaycan hökumətinə müraciət etmişdir. Bu müraciət əsasında Azərbaycan hökümətinin qərarı ilə 2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda ali təhsil ocağı Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.
Xüsusi vurğulamaq lazımdır ki, bir sıra istiqamət və ixtisaslar üzrə respublikamızda ilk dəfə olaraq kadr hazırlığının aparılması məhz Ali Diplomatiya Kollecinin adı ilə bağlıdır. Bu sırada beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi münasibətlər, sinxron tərcümə (ingilis, alman, fransız, ərəb, türk), regionşünaslıq (ABŞ və Kanada; Avropa ölkələri, Yaxın və Orta Şərq ölkələri, Uzaq Şərq ölkələri) kimi ixtisasları qeyd etmək olar. Bu dövr elə bir tarixi mərhələyə təsadüf edirdi ki, müstəqilliyini yeni bərpa etmiş Azərbaycan Respublikasının beynəlxalq təşkilatarda təmsil olunması, dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrin sürətlə qurulması zərurəti yaranmışdı və belə bir şəraitdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin ehtiyac yaranmışdı. Bu zərurətdən yaradılan Universitet müvafiq sahədə öz töhfəsini verən ilk təhsil ocaqlarından biri oldu.
Ali təhsil ocağının fəaliyyətində əsas məqsəd ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edəcək, zəngin potensiala malik ali təhsilli mütəxəssislərin hazırlanması idi. Həmin dövrdə respublikamızda beynəlxalq profil üzrə kadr hazırlığı təcrübəsi olmadığından Universitet müxtəlif xarici ölkələrin ali məktəblərinin təcrübəsindən istifadə etməli oldu. Bir sıra ali məktəblərlə keyfiyyətli tədris təcrübəsi, müəllim və tələbə mübadiləsi sahəsində güclü və səmərəli əməkdaşlıq əlaqələri quruldu. Beynəlxalq tədris təcrübəsindən istifadə etməklə, milli dəyərlər əsasında tədris planları və proqramları işlənib hazırlandı. Məhz beynəlxalq təcrübənin nəzərə alınması və ixtisas keyfiyyətinə verilən beynəlxalq tələblərin yüksək səviyyədə yerinə yetirilməsinin nəticəsi idi ki, təhsil məkanında qarşılıqlı ekvivalentliyin tanınması üçün vahid sistemin olmadığı bir dövrdə belə Universitetin məzunlarının ali təhsil haqqında diplomları müxtəlif ölkələrdə tanınırdı. Bu məqam onlarla məzuna ölkəmizin hüdudlarından kənarda təhsilini davam etdirmək və işləmək imkanı yaratmışdı. Yarandığı gündən etibarən Universitetdə ənənəvi streotiplərdən uzaq, demokratikliyi və özünəməxsusluğu ilə seçilən tədris prosesinin təşkili və idarəedilməsi həyata keçirilirdi. Hazırlanmış təhsil proqramlarının orijinallığı, beynəlxalq və milli əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verməsi nəticəsində respublikamızda özəl təhsil sektoruna ictimai münasibətin hələ tam aydınlaşmadığı bir dövrdə belə abituriyentlərin təhsil almaq istəyi ilə üz tutduğu ali məktəblər sırasında Ali Diplomatiya Kolleci həlledici yerdə qərarlaşmışdı. Universitet bu gün də öz statusunu və imicini lazımi səviyyədə saxlamaqdadır. 
Bakı Avrasiya Universitetində tədris prosesi sistemlilik, peşəkarlıq, millilik, eyni zamanda beynəlmiləllik və sosiallaşma prinsipləri əsasında təşkil edilir. Hazırda 2 fakültədə bakalavr pilləsində 18, magistr pilləsində 13 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə ixtisaslardan asılı olaraq 1, 2, hətta bəzi hallarda tələbələrin istəyinə uyğun 3 xarici dil tədris olunur. Tədris prosesinə ölkəmizin elmi ictimaiyyətinin qabaqcıl nümayəndələri, elmlər namizədləri və elmlər doktorları cəlb olunmuşdur. Onların sırasında respublika və beynəlxalq səviyyəli elmi təşkilatların üzvləri də layiqincə təmsil olunur. Universitetin əsas fəaliyyət sahələrindən biri elmi-tədqiqat işləridir. Bu işlərin əsas məqsədi universitetin istiqamət və ixtisaslarına uyğun tədqiqatlar apararaq, təhsilin keyfiyyətini artırmaq, müasir tələblərə cavab verən tədris prosesini təşkil etməkdir. Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunub. BAAU-da müxtəlif sahələr, o cümlədən beynəlxalq münasibətlərlə bağlı beynəlxalq və elmi-praktik konfransları keçirilmişdir. Universitetin professor və müəllimləri çoxlu sayda beynəlxalq konfransın və simpoziumun, ümumrespublika, elmi-praktik konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişlər.
BAAU nüfuzlu təhsil ocaqları, elm mərkəzləri ilə təcrübə, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl təhsil ocaqlarının təcrübəsindən yararlanaraq keyfiyyətli təhsil sistemi yaratmaq, müştərək proqramlar hazırlamaq, elmi-konfranslar təşkil etmək üçün BAAU müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə, o cümlədən Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti və digər ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Eyni zamanda, BAAU Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qafqaz Universitetləri Birliyinin üzvüdür.
2012-ci ildə universitetin 20 illik yubileyi keçirilmişdir. Bu münasibətlə BAAU-nin 7 əməkdaşı qabaqcıl təhsil işçisi döş nişanına, 14 nəfər isə fəxri fərmanlara layiq görülmüşlər.
Bakı Avrasiya Universiteti yarandığı ilk illərdən ali təhsil ocağının Tələbə Gənclər Təşkilatının fəaliyyəti diqqət mərkəzində olmuşdur. Universitetin gənclər təşkilatı bir çox ilklərə imza atmışdır və 2014-cü ilin ən məhsuldar gənclər təşkilatı fəxri fərmanına layiq görülmüşdür. Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə bir çox layihələr də həyata keçirib. Eyni zamanda, respublika əhəmiyyətli tədbirlərin keçirilməsində Universitetinin Tələbə Gənclər Təşkilatı hər zaman fəal olub.
Sosial xidmət sahəsində yataqxana, yeməkxana və idman zalı kimi obyektlərin fəaliyyətini qeyd etmək olar. Belə ki, Universitetin nəzdində ümumi sahəsi 340 kv.m olan, 14 otaqlı, 31 nəfərlik, müasir istilik sistemi, telekomunikasiya xidmətləri ilə tam təchiz olunmuş qızlar yataqxanası fəaliyyət göstərir. Ümumi sahəsi 400 kv.m olan kafe-klub, 160 kv.m olan tələbə yeməkxanası, ayrıca professor-müəllim heyəti üçün yeməkxana və bufet də tələbə və ali təhsil ocağının əməkdaşlarının ixtiyarındadır. Ümumi sahəsi 360 kv.m olan, idman avadanlıqları ilə tam təchiz olunmuş idman zalı da fəaliyyət göstərir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 765
Baxışların sayı: 121
Əlavə edilib: 10.09.20 23:04:03
Yenilənib: 10.09.20 23:04:03
Vaxtı bitir: 10.09.21 23:04:00
Kateqoriya: Ali məktəblər

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Suriyada prezident seçkiləri keçiriləcək
Xəbərlər Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düş
Kraliçanın əri niyə Şahzadə adlanırdı?
Məqalələr [Press-DDD] Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə
2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək
Məlumatlar Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay i
Gürcüstanda COVID-19-a yoluxanların sayı 295 mini ötüb
Xəbərlər Gürcüstanda son sutkada koronavirusa 818 yeni yoluxma faktı təsdiqlənib, 783 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent vəfat edib. “Report”un yerli bürosu xə
Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Məlumatlar Azərbaycanda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib. BAKU.WS-in məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbində dərslər distant keçi
Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ
Məqalələr Tərkib: Xəmir üçün: - 1,5 stəkan un - 100 qr soyuq kərə yağı - yarım stəkan şəkər tozu - 1 yumurta - yarım ç.q. qabartma tozu - 1 çimdik duz - 1 ç.q. va