Au.edu.az - Azərbaycan Universiteti

Vebsayt

Təsvir

Au.edu.az - Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulub. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə prof. Səlahəddin Xəlilov tərəfindən təsis olunub.

Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov 1991-ci ildən 2006-cı ilə qədər;
Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov 2006-2007-ci illərdə;
İqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri Akif Musayev 2007-2011-ci illərdə;
Yazıçı-dramaturq, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı 2011-2012-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini icra edib.
1 may 2012-ci il tarixindən 28 yanvar 2015-ci il tarixinədək Azərbaycan Universitetinin rektoru Azərbaycan Respublikası Milli Məclisinin II çağırış millət vəkili, iqtisad elmləri namizədi Eldar Qəhrəmanov olub.
28 yanvar 2015-ci il tarixindən 13 mart 2017-ci il tarixinə qədər Azərbaycan Universitetinin rektoru vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov icra edib.
13 mart 2017-ci il tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunub.
Azərbaycan Universitetində ali təhsil “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə (Ali təhsil pilləsində dövlət standartı və proqramı) tənzimlənir. 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018 –ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə akkreditə olunub.

Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılıb. Tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün bir il dil hazırlığı proqramı tətbiq olunur.

Universitetdə bakalavriat pilləsində 16 ixtisas, magistraturada 13, doktoranturada 13, dissertanturada 11 ixtisaslaşma üzrə 1305 bakalavriat, 93 magistrant, 29 doktorant və 30 dissertant təhsil alır.

Azərbaycan Universitetində 3 fakültə fəaliyyət göstərir, 230 müəllim çalışır. Elmi-pedaqoji heyətdən 2 nəfəri AMEA-nın müxbir üzvü; 16 nəfəri elmlər doktoru, professor; 20 nəfəri dosent; 30 nəfəri isə fəlsəfə doktorudur.

Azərbaycan Universitetinin 1995-2019-cu illər ərzində 4302 bakalavriat, 1999-2019-cu illər ərzində 564 magistratura məzunu olub.

Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.

Azərbaycan Universiteti Sosial iş ixtisasını tədris edən ilk özəl universitetdir. Bu ixtisasın tədrisinə 2009-cu ildə başlanıb.

Universitet kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL sertifikat proqramının (European Computer Driving Licence) Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq, eyni zamanda ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub.

Azərbaycan Universitetində Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı tətbiq olunur. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.

Universitetdə tələbələrin 4 ildə 2 fərqli ixtisas üzrə diplom ala biləcəkləri Universitetdaxili İki Diplom Proqramı fəaliyyət göstərir.

ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatını əldə edən Azərbaycan Universitetində tədris və idarəetmə beynəlxalq standartlar əsasında təşkil olunur.
http://au.edu.az/

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 42
Baxışların sayı: 123
Əlavə edilib: 23.08.20 20:36:46
Yenilənib: 23.08.20 20:36:46
Vaxtı bitir: 23.08.21 20:36:00
Kateqoriya: Ali məktəblər

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

“Portofino” restoranı cərimələndi - TAM SİYAHI
Xəbərlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 439 ictimai iaşə obyektində 741 monitorinq keçirib. AQTA-dan
İşğaldan azad olunmuş daha bir kənddən görüntülər – VİDEO
Xəbərlər Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntülərini yayıb Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndinin videogörüntül
Xarici diplomların tanınması üçün müraciət asanlaşır
Məlumatlar Sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron əriz
Azərbaycanda 110 rəqəmi ilə yeni nömrələr istifadəyə verildi - DYP-dən açıqlama - FOTO
Məlumatlar [Press-DDD] Azərbaycanda yeni qeydiyyat nişanları istifadəyə verilib. Bu barədə sosial şəbəkələrdə yeni qeydiyyat nişanlarının fotosu yayılıb. FED.az xəbər ver
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad
Xalçanı yumadan təmizləməyin SADƏ YOLU
Məqalələr [Press-DDD] Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır. Amma xalçaları yumaq elə də asan deyil və