Bakı Xoreoqrafiya Akademiyası - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Təsvir

Akademiyanın şagird və tələbələri, o cümlədən professional müəllim heyəti ölkədə və respublikanın hüdudlarından kənarda keçirilən beynəlxalq festivallar, müsabiqələr, yubiley gecələrində, eləcə də dövlət əhəmiyyətli tədbirlərdə uğurla çıxış edirlər.
Akademiyanın tələbələrinin gücü ilə T.Bakıxanovun “Şərq poeması”, P.Çaykovskinin “Şelkunçik”, Q.Qarayevin “Yeddi gözəl” baletləri eyni zamanda milli rəqs tədris tamaşaları ölkənin qabaqcıl səhnələrində tamaşaya qoyulub. Akademiyanın instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistr tələbələri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə klassik fortepiano konserti ilə çıxış etmişlər. 2018-ci ildə L.Minkusun “Don Kixot” baletinin və Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında rəqs tamaşanın səhnələşdirilməsi uğurla həyata keçirilmişdir.
example7Akademiyada hər tədris ili ərzində dünyaca tanınmış balet və rəqs ustaları və pedaqoqları ustad dərsləri keçirlər. Onların arasında Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyev, Nikolay Tsiskaridze, əməkdar artistlər Sergey Moxnaç, Vitali Axundov, Nikolay Doroxov, pedaqoqlar Yelena Perlina, Tatyana Solomyanko, ABŞ-dan olan müasir rəqs ustası, dünyaşöhrətli Mark Morris, Belarusdan Aleksandra Tixomirova, İngiltərəli rəqs ustası Uilyam Pratt və başqaları da vardır.
Akademiyada Rusiya, Özbəkistan, Türkmənistan, Yaponiya, Gürcüstan və digər xarici ölkələrdən tələbələr təhsil alır. Akademiya Avropa İncəsənət İnstitutları Liqasının daimi üzvü seçilmişdir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 202
Baxışların sayı: 31
Əlavə edilib: 28.08.20 02:55:51
Yenilənib: 28.08.20 02:55:51
Vaxtı bitir: 28.08.21 02:55:51
Kateqoriya: Akademiyalar

Şərhlər

comments powered by Disqus