Azərbaycan Dövlət Dəniz Akademiyası

Vebsayt

Təsvir

Respublikamız dəniz ölkəsi olduğundan yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin əhəmiyyətini çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurub. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək BDT tərəfindən qəbul olunub. Akademiya 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib.
Dəniz Akademiyasının yeni korpusu da 2016-cı ildən tələbələrin istifadəsinə verildi.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq Akademiyada Tələbə Elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir. Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol” müsabiqəsini qeyd etmək yerinə düşərdi. Beləcə, üçüncü dəfə eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyinin bir hissəsi olan ADDA gəncləri qərarları ilə Ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edən Prezdident İlham Əliyevin «Neft gəlirlərini insan kapitalına» çevirmək istiqamətində səylə çalışaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 165
Baxışların sayı: 130
Əlavə edilib: 27.08.20 23:08:39
Yenilənib: 27.08.20 23:08:39
Vaxtı bitir: 27.08.21 23:08:00
Kateqoriya: Akademiyalar

DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir
Xəbərlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) arasında post pandemiya dövründə daxili turizmin bərpa
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Xəbərlər Martın 2-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans forma
İlon Mask yeni şəhər yaradır
Məlumatlar Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask bildirib ki, Texas ştatında yeni şəhər yaradır.Report xəbər verir ki, sahibkar bu barədə
Mart ayının yarısında iş olmayacaq
Məlumatlar [Press-RSS] Mart ayında 14 gün qeyri-iş günü olacaq.NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ayın ilk bayramı 8 Mart – Beynəlxalq Qadınlar Gününə düşür
XAÇAPURİ RESEPTİ
Məqalələr Tərkibi:1 yumurta1 x.q. şəkər tozu1 ç.q. duz700-800 qr. un4 x.q. günəbaxan yağı100 ml. süd10 qr. quru maya300 ml. suİçlik:150 qr. ağ pendir150 qr. holland pen
SÜMÜKLƏRİ GÜCLƏNDİRƏN QİDALAR
Məqalələr Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoa