Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası

Təsvir

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası
Təşkilatın idarəetmə orqanı
Ümumi yığıncaqlar arası dövrdə təşkilatın fəaliyyətinə İcraiyyə Komitəsi rəhbərlikedir. İcraiyyə Komitəsi öz sırasından İcraiyyə Komitəsinin sədrini seçir. İcraiyyəKomitəsinin sədri Sahib Məmmədovdur.
Təşkilatın missiyası və əsas fəaliyyət istiqamətləri
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının əsas missiyası ölkənin sosial sferasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində hüquqi, ictimai, maarifləndirici və vəkillik fəaliyyətlərini həyata keçirməkdir. Sosial iqtisadi hüquqların müdafiəsi ilə yanaşı təşkilat həmçinin fundamental hüquq və azadlıqların təmin olunması istiqamətində də ixtisaslaşmışdır. Təşkilat işini əsasən monitorinqlər, məhkəmə çəkişmələri, ictimai kampaniyalar, maarifləndirmə və vəkillik fəaliyyətləri şəkilində qurur. Təşkilatın müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətləri vardır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının daxil olduğu Milli Koalisiya və şəbəkələr
Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsi;Mədən sənayesində Şəffaflıq təşəbbüsü Koalisiyası;Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitə;Mədən Sənayesinin Təsirləri üzərində Vətəndaş Nəzarəti Şəbəkəsi (Citizens Response Network);Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının daxil olduğu Beynəlxalq Koalisiya və şəbəkələr
İnformasiya Azadlığı üzrə Vəkillik Şəbəkəsi (FOI advocacy network )

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 555
Baxışların sayı: 34
Əlavə edilib: 05.09.20 05:19:19
Yenilənib: 05.09.20 05:19:19
Vaxtı bitir: 05.09.21 05:19:19
Kateqoriya: Ümumi/Digər saytlar

Şərhlər

comments powered by Disqus