Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası (AYAFE - Association of Young Azerbaijani Friends of Europe)

Təsvir

Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası (AYAFE - Association of Young Azerbaijani Friends of Europe) 1997-ci ildə Bakı Dövlət Universitetinin tələbələri olan Mətin Kərimli və Anar Cahangirli tərəfindən yaradılmışdır. Azərbaycanda ilk könüllü gənclər təşkilatı olan AYAFE-nin əsas məqsədi könüllülüyün təşviq edilməsi və digər ölkələrin gəncləri ilə təcrübə və bilik mübadiləsi həyata keçirmək olmuşdur.
AYAFE ilk beynəlxalq gənclər düşərgəsini 1998-ci ildə Şəki şəhərinin yaxınlığında yerləşən “Dəmiryol” məcburi köçkün düşərgəsində təşkil etmişdir. Bu tədbirin əsas beynəlxalq tərəfdaşı “Service Civil International” (SCI) təşkilatı olmuşdur. AYAFE 1998-ci ildən Service Civil International təşkilatının Azərbaycanda rəsmi tərəfdaşı, həmin ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. AYAFE 2016-cı ildə qanunvericiliyin tələblərinə uyğun olaraq, "Avropanın Gənc Azərbaycanlı Dostları" İctimai Birliyi kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Hazırda təşkilatın sədr səlahiyyətlərini Qasım Xasməmmədli icra edir.
AYAFE gənclər təşkilatı öz qarşısına Avropa və Azərbaycan gəncləri arasında əməkdaşlığı və bilik mübadiləsini inkişaf etdirmək, Azərbaycan həqiqətləri barədə dünya gənclərini məlumatlandırmaq, Azərbaycanda gənclər sahəsində dövlət siyasətinə dəstək olmaq kimi hədəflər qoymuşdur.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 822
Baxışların sayı: 9
Əlavə edilib: 11.09.20 03:11:22
Yenilənib: 11.09.20 03:11:22
Vaxtı bitir: 11.09.21 03:11:22
Kateqoriya: Ümumi/Digər saytlar

Şərhlər

comments powered by Disqus