QAYDALAR VƏ ŞƏRTLƏR

İstifadəçi bu Qaydalar və Şərtlər'lə razılaşmalıdır

Qaydalar və Şərtlər - də istifadə edilən bəzi terminlər aşağıdaki mənalarda tətbiq olunur:

İstifadəçi – Saytda mümkün olan hər hansı bir yolla qeydiyyatdan keçən şəxs həmin bu Qaydalar və Şərtləri qəbul etmiş şəxsdir.

Hesab – bu, İstifadəçi tərəfindən daxil edilmiş məlumatlar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Hesaba malik olmaq hüququ var.

İstifadəçinin şəxsi məlumatları – İstifadəçi haqqında informasiyadır ki, İstifadəçi özü haqqında məlumatları saytda qeydiyyatdan keçən zaman daxil edir. Həmçinin İstifadəçi saytdan istifadə zamanı sayt bazasına avtomatik olaraq ötürülən məlumatlar, IP ünvan, cookie-dən gələn məlumatlar, başqa informasiyalar daxil olmaqla saytdan istifadə prosesində təqdim edir.

Spam – hər hansı bir şəxs tərəfindən göndərilən toplu halda, icazə verilməyən və/və ya gözlənilməyən reklam, informasiya, zərərli məlumat, zərərli fayl və ya digər məqsədli e-poçt və başqa məlumatardır.

Məhsul – sayta yerləşdirilən hər hansı bir detal və ya işlək olmayan bütöv cihazdır.

Həmin Razılaşmanın Tərəfləri – Sayt Rəhbərliyi və İstifadəçidir.

Sayt Rəhbərliyi yaxud Sayt – DDD.az-ın bütövlükdə mülkiyyəti və idarə heyəti

Saytdan mümkün olan hər hansı bir yolla qeydiyyatdan keçən şəxs həmin bu Qaydalar və Şərtləri qəbul etmiş olur , onun şərtlərini , öhdəliklərini qəbul edir və İstifadəçi hesab edilir.

DDD.az Veb səhifəsini (bundan sonra: Sayt) istifadə etməzdən əvvəl aşağıdakı Şərtlər və Qaydaları diqqətlə oxuyun.

Saytda məhsulun təqdim edildiyi, yerləşdirildiyi və ya onun elanı məqsədilə əvvəlcədən yer bron edilməsi üçün yazılı və ya şifahi formada razılığın alındığı andan mütəmadi olaraq yenilənə bilən bütün Şərtlər və Qaydaları qəbul etmiş olursunuz.

Bu sayta giriş daimi xarakter daşımır və Biz saytdan istifadəni bu və ya digər səbəbdən xəbərdarlıq etmədən məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu özümüzdə saxlayırıq.

Məxfilik və konfidensiallıq

İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sayta daxil etdiyiniz bütün məlumatların məxfilik və konfidensiallığı qorunub saxlanılır. İstifadəçilər tərəfindən onların daxil etdikləri məlumatlar, o cümlədən istifadəçi adı və şifrəsi üçüncü şəxslərə verilərsə, bunun üçün istifadəçilər birbaşa məsuliyyət daşıyır. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin şəxsi kabinetində (Hesab) yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi sayt xidmətlərindən yalnız öz şəxsi elektron poçtundan və paroldan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Hesabına icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar və dəlillər varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.

Saytda olan məlumatların istifadəsi

Saytda yalnız saytı idarəedən şəxs(lər) tərəfindən yerləşdirilmiş mətnlər, qrafiklər, fotoşəkillər, videolar, loqolar və digər vizual və yazılı məzmunlu məlumatlar ( elan sahibinin yerləşdirdiyi istisna olmaqla) müəlliflik hüququ, əlaqəli hüquqlar və ya digər əqli mülkiyyət hüquqları daxilində qorunur. Qeyd olunan vizual və yazılı məzmunlu məlumatların istifadəçilər tərəfindən icazəsiz şəkildə şəxsi və ya kommersiya məqsədləri üçün istifadəsi qadağandır.

Ümumi şərtlər

Bu Qaydalar və Şərtlərdə istifadə olunan və "Terminlər" siyahısında göstərilməyən istənilən termin Qaydalar və Şərtlərin mətnindən yaranan mənaya uyğun olaraq izah ediləcəkdir. Qaydalar və Şərtlərdə istifadə edilən terminin izah edilməsi barədə yaranan istənilən fikir ayrılığı zamanı Sayt Rəhbərliyi tərəfindən həmin termin izah ediləcək və bu izah keçərli sayılacaq.

Sayt xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin bu Qaydalar və Şərtlər ilə tənzimlənir.

Sayta daxil olan şəxs Qaydalar və Şərtlər ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o sayta girişdən imtina etməli, saytın xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

Sayt Rəhbərliyi zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir və ya Saytda qeydiyyat zamanı İstifadəçi tərəfindən daxil edilmiş məlumatlar həqiqətən də doğrudur.

Sayt Rəhbərliyi İstifadəçinin hazırkı Qaydalar və Şərtlərin hər hansı bir bəndini pozan hərəkətinə qarşılıq olaraq həmin İstifadəçinin sayta girişini dayandırmaq hüququnu öz əlində saxlayır.

Sayt Rəhbərliyi saytın yerləşdirildiyi domen adının, saytın özünün,mobil tətbiqlərin, saytın bütün proqram təminatının tək və xüsusi sahibkarıdır.

Sayta aid olan və/və ya onunla bağlı olan bütün intellektual və ya əqli mülkiyyət obyektlərinin surətinin çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması, oxşadılaraq fərqlisinin yaradılması qadağandır. Bu hallar qarşısında Sayt Rəhbərliyi və/və ya əqli mülkiyyət hüququ sahibi (dizayner,developer, və ya digər şəxs) bu qaydaları pozan şəxsə qarşı Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq məhkəmə yolu ilə şikayət edə, təzminat ala və problemin həll edilməsi üçün hansısa tələbi irəli sürə bilər.

Məhsul və xidmətlər barəsində bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Sayt rəhbərliyi sayt vasitəsi ilə İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və/və ya vasitəçisi sayılmır. Sayt Rəhbərliyi belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır, İstifadəçilər arasında baş verən və ya baş verə biləcək istənilən hadisəyə cavabdeh deyil.

İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Sayt və Sayt Rəhbərliyi məsuliyyət daşımır.

Saytın istifadəçisi saytın Elan Şərtlərinə və digər təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və Məhsul və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş Məhsul haqqında informasiyanı yoxlamalı, səhv və ya natamam məlumatlar aşkar edildikdə elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.

İstifadəçi təsdiq edir ki, saytda yerləşdirdiyi elanda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün vacib hüquqlara, icazələrə, lisenziyalara malikdir və bütün patentlər, ticarət markaları, intellektual və ya əqli mülkiyyət hüquqları daxil olmaqla və ya uyğun yazılı razılığa və ya üçüncü şəxslərin onların bütün bu sadalanan informasiya və məlumatlarından istifadəsi üçün icazəsinə malikdir.

Sayt rəhbərliyi İstifadəçidən yerləşdirilmiş Məhsul haqqında əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiq edən sənədləşməni (əslini) tələb etmək hüququna malikdir.

Xidmət səviyyəsinin yüksəldilməsi üçün Sayt Rəhbərliyi Saytda İstifadəçinin aktiv və deaktiv vəziyyətdə olan elanlarının sayını məhdudlaşdırmaq, həmçinin Saytda İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququna malikdir.

Elanı yerləşdirən İstifadəçi məhsulun çatdırılması və/və ya təhvil verilməsini özü təmin etməlidir və məhsulun çatdırılması və/və ya təhvil verilməsinə görə Sayt və Sayt Rəhbərliyi heç bir məsuliyyət daşımır.

Elan Şərtləri

1. Saytda elan yerləşdirmə Pulsuz, elanın VİP edilməsi isə Pulludur.
2. Saytda yalnız dırnaq xidməti və dırnaq məhsulların elanı yerləşdirilməlidir.
3. Elan yerləşdirilməsi üçün nəzərdə tutulan yerlər qeyri-məhdud deyildir. Eyni elanın 2 dəfə yerləşdirilməsinə yol verilmir.
4. Saytın məqsədindən kənar məhsulun yerləşdirilməsinə icazə verilmir.
5. Elan hər hansı səbəbdən silindikdə, elan yerləşdirən şəxs bunun səbəbini saytda göstərilən əlaqə vasitələri ilə birbaşa əlaqə saxlamaqla öyrənmək hüququna malikdir.
6. İstifadəçi elan yerləşdirməklə elandakı məlumatların tam, dəqiq və doğru olduğuna təminat verir.
7. Məhsulun elanda əks olunmuş şəkli elan yerləşdirən tərəfindən çəkilmiş və orijinal olmalı, başqa saytlardan götürülmüş və ya məhsulun stok şəkli olmamalıdır.
8. Sayt onun nəzarətində olmayan hallar üçün, o cümlədən məhsulda alıcı tərəfindən aşkarlanan qüsurlar və ya məhsulun vaxtında çatdırılmaması üçün heç bir məsuliyyət daşımır. Bununla bağlı yaranan hər hansı mübahisə elan yerləşdirən şəxs ( satıcı) və alıcı arasında həll edilməlidir.
9. Elan yerləşdirən istifadəçinin elanında hər hansı texniki səhvə səbəb ola biləcək hallar olarsa, sayt elanı yerləşdirməzdən əvvəl bu barədə məlumat verir. Həmin səhvlər istifadəçi tərəfindən aradan qaldırılmazsa, elandakı qüsura görə sayt məsuliyyət daşımır.
10. Sayt elan yerləşdirən istifadəçinin indeksindəki (kataloqundakı) səhvlər və məhsulundakı qüsurlar ( error) üçün heç bir məsuliyyət daşımır.
11. Elan yerləşdirilən zaman istifadə olunan bütün elektron məlumatlar viruslardan, reklam programlarından (adware), pis məqsədlə istifadə olunan programlardan (malware) bu və ya digər sayta zərər yetirə biləcək və onun fəaliyyətinə mənfi təsir edə biləcək hallardan azad olmalıdır.
12. Saytın hər hansı bir hissəsində ümumi əxlaq qaydalarına zidd olan, qeyri-qanuni, üçüncü şəxslərin hüquq və azadlıqlarını pozan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən, özündə siyasi və dini görüşlər əks etdirən ifadələrin işlədilməsinə yol verilmir.
13. Saytda qeyri-qanuni yolla əldə edilmiş, oğurlanmış və ya sahibindən xəbərsiz başqa şəxslər tərəfindən hər hansı məhsulun elanının yerləşdirilməsi qadağandır. Bu hal baş verdikdə Sayt heç bir hüquqi məsuliyyət daşımır.
14. Elan yerləşdirərkən təqdim etdiyiniz bütün məlumatların doğruluğunu, həmçinin elanın VİP edilməsi zamanı istifadə olunan kartların səlahiyyətli istifadəçisi olduğunuzu və kifayət qədər vəsaitiniz olduğunu bəyan etmiş olursunuz.
15. Elanın VİP qalma müddəti ödənişə müvafiq olaraq 5, 15, 30 gün nəzərdə tutula bilər.
16. Elanda özündə internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.
17. İstifadəçi bu hallara qətiyyən yol verməməlidir:

yanlış, səhv məlumatların verilməsi;
oğurluq məhsulun satılmasına;
saxta məhsulun satılmasına;
reklam xarakterli məlumatın yerləşdirilməsinə;
pornoqrafiya, siyasi, kin, nifrət, alçaldıcı məzmunun yerləşdirilməsinə;
üçüncü şəxslərin intellektual, əqli mülkiyyət hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;
qüvvədə olan qanunu hər hansı bir yolla pozma;
kiməsə qarşı böhtan və ya təhdidləri əks etdirən məlumatlar.

Ödənişli xidmətlər

İstifadəçilər Servisdə pullu xidmətləri sifariş edə bilərlər.

Saytın xidmətlərindən istifadə edib ödəniş etmiş İstifadəçi ödənişin qaytarılması xahişi ilə Sayt Rəhbərliyinə müraciət etmək hüququna malikdir. Pul vəsaitinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Sayt Rəhbərliyi tərəfindən qəbul edilir.

Sayt Rəhbərliyi pul vəsaitlərinin İstifadəçiyə qaytarılmasından imtina etməkdə bu hallarda haqlıdır:

İstifadəçi hazırkı Qaydalar və Şərtləri tez-tez pozur;
Əgər xidmət aktivləşdirildikdən 1 gün (24 saat) keçibsə;
İstifadəçi qadağan edilmiş məhsul haqqında elan yerləşdirmişdir;
Ödəmə sistemində baş verən hər hansı bir nasazlıqların yaranması halında;
Digər hallarda Sayt Rəhbərliyinin qərarı üzrə.

Pul vəsaitlərin qaytarılma qaydası Sayt Rəhbərliyi və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

Sayt, İstifadəçilərin vasitəsilə saytın xidmətlərini ödəyən zaman ödəmə sistemlərində yaranmış nər hansı bir problemə görə məsuliyyət daşımır. Pul vəsaitlərinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.

Kommunikasiya

Sayt Rəhbərliyi İstifadəçilərə onların tərəfindən sayta daxil elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktublar və ya SMS mesajları göndərmək hüququna malikdir.

Sayt Rəhbərliyi başqa İstifadəçilər və/və ya robotlar (bot) tərəfindən saytın səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

İstifadəçi qəbul edir ki, Sayt Rəhbərliyi İstifadəçilərlə əlaqə qurmaq, hansısa anlaşılmazlığı aradan qaldırmaq məqsədilə və ya digər zəruri onların elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

İstifadəçinin Sayt Rəhbərliyi və ya saytın moderatorları ilə əlaqə qurması üçün saytda göstərilən elektron poçt ünvanı və ya telefon nömrəsi göstərilmişdir.

Bölünməzlik

Bu Qaydalar və Şərtlər-in hər hansı bir müddəası bu və ya digər səbəbdən etibarsız sayıldığı halda, həmin Şərt və Qaydanın etibarsızlığı digər müddəaların etibarsızlığına səbəb olmayacaqdır.

Zəmanət

Bu Qaydalar və Şərtlərin hər hansı birinin İstifadəçi tərəfindən pozulması halında İstifadəçi bu pozuntunun səbəb olacağı maddi və mənəvi zərər, xərclər və məsrəflərin qarşılanması üçün zəmanət verir.

Mübahisələrin həlli

Sayt və İstifadəçilər arasında gələcəkdə yarana biləcək mübahisələrin, hər hansı anlaşılmazlıqların və ziddiyətlərin alternativ həlli məqsədilə birbaşa danışıqlar aparmaq yolu ilə şikayət və təkliflərinizi Saytla əlaqə yaradıb bildirə bilərsiniz.Əgər tərəflər qarşılıqlı anlaşma əldə etməsələr meydana çıxan mübahisəli məsələlər ilə əlaqədar yaranmış ziddiyyətli hallara və anlaşılmazlıqlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən baxılacaqdır.

İstifadə qaydalarının hərəkət müddəti

Hazırkı razılaşma İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, saytda istifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq, və müddətsiz qüvvədədir.

Sayt şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Servisə giriş üçün başqa istifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.