WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Mesaj

Failed loading XML...

Azerdict.az - Azərbaycanın Ən Böyük Dil Portalı - azerdict

Vebsayt

Təsvir

Azerdict.com - Azerdict Azərbaycanın ən böyük dil portalıdır. Azərbaycan dilinin və xarici dillərin tam mənimsənilərək düzgün istifadə edilə bilinməsi üçün çoxdilli elektron lüğətlərin və digər resursların hazırlanaraq istifadəyə verilməsi layihənin əsas məqsədidir.
 
Azerdict Azərbaycanın ən böyük pulsuz dil portalıdır. Azərbaycan dilinin və xarici dillərin tam mənimsənilərək düzgün istifadə edilə bilinməsi üçün çoxdilli elektron lüğətlərin və digər resursların hazırlanaraq istifadəyə verilməsi layihənin əsas məqsədidir. Hazırda AZERDICT layihə çərçivəsində saytda 4 istiqamətdə lüğət xidməti göstərilir və bu xidmətlərin artırılması gələcək planlarda öz əksini tapıb.
Azərbaycanca-ingiliscəingiliscə-azərbaycanca lüğət: AZERDICT Portalın əsas xidməti olan bu lüğət vasitəsilə istifadəçilər hər iki istiqamətdə 150000-dən çox söz, söz birləşməsi, idiom və cümlədən ibarət zəngin söz bazasından istifadə edə bilərlər. İngiliscə azərbaycanca və azərbaycanca ingiliscə tərcümədə çox geniş və unikal imkanlar təklif edən lüğətin bazası istifadəçilərin tələb və təklifləri, eləcə də lüğətdə axtarılıb tapılmayan sözlərin statistikası funksiyasından istifadə olunaraq davamlı və interaktiv olaraq yenilənir.
AZERDICT Azərbaycan dilinin izahlı lüğəti: Dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti” (Bakı, “Şərq-Qərb”, 2006) əsasında hazırlanan lüğətin bazasında təxminən 45000 başlıqda Azərbaycan ədəbi dilinin lüğət tərkibi, dilimizə daxil olmuş yeni sözlər, dildə olan sözlərin bir çoxunda əmələ gəlmiş yeni mənalar və məna incəlikləri nümunələrlə əks olunub.
Azərbaycanca-rusca və rusca-azərbaycanca lüğət: Təqdim etdiyimiz lüğətdə rusca azərbaycanca 10000 və azərbaycanca rusca 40000 olmaq üzrə cəmi 50000-ə yaxın söz və söz birləşməsi mövcuddur.
azerdict az Orfoqrafiya lüğəti: Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmiş orfoqrafiya lüğəti bazasında 80000-ə yaxın sözün düzgün yazılışı rəsmi mənbədə olduğu kimi göstərilmişdir və heç bir dəyişiklik edilməmişdir.
Xidmətlərimiz və işlərimizlə bağlı istənilən təklif, ideya və rəylərinizi əlaqə formu və ya sosial media vasitəsilə bizə göndərə bilərsiniz. Bizə göndərdiyiniz sorğu və təklifləriniz ən qısa müddətdə qiymətləndirilərək bu haqda məlumatlandırılacaqsınız. Xidmətlərimizin yaxşılaşdırıla bilinməsi üçün bizimlə bağlı təklifləriniz və ya şikayətlərinizə hər zaman önəm veririk.
AZERDICT rəsmi saytı - https://azerdict.com/

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 410
Baxışların sayı: 1166
Əlavə edilib: 04.09.20 00:49:16
Yenilənib: 04.09.20 00:49:16
Vaxtı bitir: 30.12.23 14:04:02
Kateqoriya: Təhsil portalı
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI