WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Sigorta.nakhchivan.az - Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti

Vebsayt

Təsvir

1. Sığorta nədir?

Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

2. Sığorta müqaviləsi nədir?

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri - sığorta ödənişini ödəməyi öz üzərinə götürür.

3. Sığorta haqqı nədir?

Sığorta haqqı - Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

4. Sığortaçı kimdir?

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirən sığorta şirkətidir.

5. Sığortalı kimdir?

Sığortalı, sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir .

6. Franşiza nədir və o, sığorta haqqına necə təsir edir?

Franşiza - Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir.

7. Avtomobil sığortası hansı riskləri əhatə edir?

Avtomobilinizi sığorta etdirən zaman siz təklif olunan 3 təminat növündən hər hansı birini və ya hər üçünü seçə bilərsiniz: Avtomobilin sığortası - avtomobilinizə dəyən zərərin əvəzinin ödənilməsi (Yol-nəqliyyatı hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq və s.) Sizin və avtomobildə olan sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi Mülki məsuliyyətinizin sığortası - sizin səhviniz nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi.

8. Avtomobilimi sığorta etdirən zaman avtomobilin qiyməti necə müəyyən olunur?

Avtomobilinizin sığorta etdirilməsi zamanı onun bazar qiyməti əsas götürülür.

9. Avtomobil sığortası zamanı müqavilə hansı müddətə bağlanılır?

Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

10. Etibarnamə əsasında idarə etdiyim avtomobili sığorta etdirə bilərəmmi?

Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.

http://sigorta.nakhchivan.az/

Əlavə məlumat

Şəhər/Rayon Naxçıvan

Sayt məlumatı

Saytın ID-si: 1219
Baxışların sayı: 98
Əlavə edilib: 21.03.21 16:06:28
Yenilənib: 21.03.21 16:06:28
Vaxtı bitir: 21.03.22 16:06:28
Kateqoriya: Sığorta
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Əlilliyə görə pensiyalarda artım gözlənilir
Xəbərlər Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.
“Ərikli piroq”: Belə sadə şirniyyat görməmisiniz - Lent.az-ın MƏTBƏXİNDƏ
Məlumatlar Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. Bu dəfə sizə sosial şəbəkədəki “Dadlı mətbəxim” səhifəsinə istinadən asan və tez hazırlanan fərql
Sürətlə arıqlamaq infarkta səbəb ola bilər
Məqalələr Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdı.  Lent.az-ın məlumatına görə, sürətli çəki itirmək a
Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də
Xəbərlər AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müə
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.