WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Mesaj

Failed loading XML...

Embawood.az - Mebel Salonu

Vebsayt

Təsvir

Missiyamız — İnsanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etməkdir.
Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır . Bizim missiya fəaliyyət gostərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır.  Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır.
Dəyərlərimiz:

- Vicdanlılıq;
- Ənənələrə hörmət etmək və təkmilləşmək;
- İnam və məsuliyyətlilik;
- Məntiqlilik və peşəkarlıq;
- Təşəbbüskarlıq və kreativlik;
- Komanda işi və nəticəlilik;
- Açıqlıq və xeyirxahlıq;
- Sağlam həyat tərzi (bədən, ruh və idrak).

Biz inanırıq ki, hər bir insanın həyatının əsası, xoşbəxt olmaq arzusudur. Komandamızın xoşbəxtliyi özünü təkmilləşdirmədə görən insanlardan ibarətdir.  İnkişaf etdikcə,  yeni yüksəkliklər əldə etdikcə qalibiyyət və fəxr hissi keçiririk! Bizim özümüz dəyişəndə bizim ətrafımızdakı aləm də dəyişir və daha gözəl olur. Bu baxış bizə azadlıq, özünə və gələcəyə inam hissi bəxş edir. Çünki şirkətin inkişafı, dəyişməsi və önə getməsi əməkdaşlarının fərdi inkişafı və dəyişməsi ilə baş verir.
 
Fəaliyyət göstərdiyimiz hər bir ölkədə aktiv müştəri xidməti xətləri və satışdan sonrakı xidmət qurmuşuq. Belə ki, yaşadığı ölkədən asılı olmayaraq, Embawood mebeli almış hər bir müştərimiz sonrakı periodlarda yarana biləcək istənilən problem, nasazlıq barəsində bizə müraciət edə bilər. Hər bir sorğu, istər zəmanət müddəti çərçivəsində, istərsə də zəmanət müddətindən sonra diqqətlə araşdırlır və müvafiq olaraq həll edilir.
2 illik zəmanət!
Mebel istehsalı prosesinin hər bir mərhələsində: xammal alışından başlayaraq məhsulların paketlənməsinə qədər bütün proseslər ciddi keyfiyyət nəzarətindən keçir. Belə yanaşmamızın nəticəsidir ki, bütün mebel məhsullarımıza 2 illik zəmanət veririk. Bununla belə, istənilən mebel modelimizi almaqla Siz ömür boyu etibar edə biləcəyiniz keyfiyyət əldə edirsiniz. Çünki, biz hər bir mebel modelimizə sevgi və nəvazişlə yanaşırıq. Sizin üçün istehsal edirik. Sizin xidmətinizdəyik!
24 saat ərzində çatdırılma və quraşdırma!
Embawood.az sizə pulsuz çatdırma və quraşdırma xidməti təqdim edir. İstənilən brend mağazamızda, istənilən miqdarda mebel alın və 24 saat ərzində aldığınız mebel evinizdə olacaqdır. Xüsusi təlim keçmiş montaj qrupumuz operativ şəkildə və peşəkar səviyyədə mebelinizi ən qısa müddət ərzində quraşdıracaqdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 1072
Baxışların sayı: 362
Əlavə edilib: 26.12.20 01:23:59
Yenilənib: 26.12.20 01:23:59
Vaxtı bitir: 21.01.23 09:56:36
Kateqoriya: Mebel
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI