Konkret.az - KONKRET - Doğru xəbərin KONKRET ünvanı - Xəbər saytı

Vebsayt
Facebook səhifəsi: www.facebook.com/Az.konkret/
Instagram səhifəsi: www.instagram.com/konkret.az/

Təsvir

Konkret.az - Kütləvi İnformasiya Vasitəsi (KİV) - Konkret.az - Dəyərli oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Bəzən belə bir ifadə ilə də rastlaşırıq ki, dünyada ən bahalı əmtəə informasiyadır. Bu isə o deməkdir ki, insanlar bir məlumat aclığı keçirirlər, baş vermiş hadisənin əhəmiyyətinə görə araşdırılması və analitik təfəkkür süzgəcindən keçirilməsinə yaranan ehtiyac hələ də tam aradan qalxmır.

Bugünkü media orqanları və informasiya agentliklərinin bolluğu bu problemi nəinki tam aradan qaldırmır, əksinə, yeni nəfəsə, informasiyaya yanaşma tərzinə, ölkədə və dünyada baş verən qlobal hadisələrə baxış bucağını formalaşdırmağa bəzən mane olur. Odur ki, tərəfli, qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.

Bu baxımdan KONKRET.Az saytı yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.

Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli işıqlandırmaq, oxucularımızda informasiya aclığını aradan qaldırmaq üçün böyük əmək və ciddi səy ortaya qoymağın zamanıdır. İstəyimiz budur ki, layihəmizdə iştirak edən hər bir oxucu məkanımızda özünü rahat hiss etsin, aktual məsələlərdə optimist analitik-informatik düşüncə tərzinə köklənən yazı və materialların əhatəsində olsun. Xüsusən də əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən xırda detallar belə nəzərdən qaçırılmayacaq, işğalçı ölkə haqqında bəzən əhəmiyyətli hesab olunmayan, lakin ölkənin iç üzünü göstərən hər bir olay diqqətdən kənar qalmayacaq.

KONKRET.Az-ın Orta Asiya, Rusiya, Belarus və Baltikyanı ölkələr üzrə bürolarının, “Konkret” Beynəlxalq Araşdırmalar Qrupunun üzvləri və digər əməkdaşlarımızın qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməsi üçün oxucuların dəstəyinə böyük ehtiyacı var. İnanırıq ki, bu yolda uğur qazanacağıq. Çünki niyyətimiz təmizdir.
https://konkret.az/

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 69
Baxışların sayı: 221
Əlavə edilib: 24.08.20 00:22:27
Yenilənib: 24.08.20 00:22:27
Vaxtı bitir: 24.08.21 00:22:00
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb
Xəbərlər COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb. NOCOMMENT
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Ukrayna Belarusla hava nəqliyyatını bağlayır
Xəbərlər Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Qəbələyə artıq qatarla da gedə biləcəyik – FOTOLAR
Məlumatlar [Press-DDD] Bu gün Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Preziden
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad