Təsvir
Zərdab Rayon Uşaq İncəsənət məktəbi 1965-ci ildən fəaliyyətə başlamışdır. Həmin dövrdə 2 ixtisas üzrə Fortepiano və Tar ixtisasları üzrə fəaliyyət göstərmişdir. Məktəbdə 8 sinif otağı və 6 müəllim fəaliyyət göstərirdi. İllər keçdikcə bu sahəyə maraq daha çox yaranmış və hal-hazırda Zərdab Rayon Uşaq İncəsənət məktəbində 8 ixtisas üzrə dərslər tədris olunur ki, bunlar fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik, təsviri-incəsənət və xoreoqrafiya ixtisaslarıdır. Məhz bu ixtisaslar üzrə çalışan müəllimlərin sayəsində məktəbə maraq dairələrin artırılması nəticəsində şagird kontingenti 350 nəfərə çatdırılmışdır. Bu şagirdlərlə ixtisaslar üzrə 88 müəllim məşğul olur ki, bunlar da Ali və Orta ixtisas təhsillidirlər.
1965-ci ildən 2009-cu ilədək məktəb əsaslı təmirə ehtiyacı olan binada fəaliyyət göstərirdi. Çox sevindirici haldır ki 2009-cu ildə Zərdab Rayon Uşaq İncəsənət məktəbi yəni müasir standartlara cavab verən müasir tipli bina ilə təmin edildi. Məktəbin müəllimləri Respublika səviyyəli müsabiqələrdə iştirak etmək üçün şagirdlər yetişdirmiş və müsabiqələrdə bir çox naliyyətlər əldə etmişdir.