Təsvir
Qusarda şəhər yeddi illik musiqi məktəbi Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960-cı tarixli əmrilə yaradılmışdır.
İlk şöbələr tar və fortepiano ixtisasları üzrə yaradılmışdı. 1972-ci ildə yeni bina və gücləndirilmiş maddi-texniki baza musiqi məktəbində qarmon, nağara, klarnet, kamança kimi ixtisasları tədris etmək şərait yaratmışdır.
1984-cü ilin sentyabrda etibarən bu sənət ocağı incəsənət məktəbi adlanmışdır.