WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Xaçmaz Olimpiya İdman Kompleksi

Vebsayt

Təsvir

Xaçmaz Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 19 iyul 2013-cü ildə istifadəyə verilmişdir.İdman Kompleksinin binası 3 Blokdan ibarətdir.A blokunun birinci mərtəbəsində universal idman zalı yerləşir. Zalın ölçüsü 48x22 metr, tamaşaçı tutumu 749 nəfərdir. İkinci mərtəbədə isə iki döşəkli güləş zalı yerləşir.B blokunda xidməti otaqlarla yanaşı, birinci mərtəbədə 50 nəfərlik yeməkxana, II mərtəbədə 50 nəfərlik konfrans zalı və bilyard sahəsi yerləşir.C blokunda üzgüçülük zalı iki hissədən ibarətdir. Böyüklər üçün üzgüçülük hovuzunun ölçüsü (25x12.5 m), xüsusi olaraq uşaqlar üçün inşa edilmiş hovuzun ölşüsü isə 8.75x6 metrdir. İkinci mərtəbədə trenajor zalı və köməkçi otaqlar yerləşir.6 hektar ərazisi olan kompleksin həyətində stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Stadionda (90x66 metr ölçülü) təbii ot örtüklü meydançanın ətrafında atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı qaçış yolu, 3 ədəd uzunluğa tullanma cığırı mövcuddur. Stadionda üstüörtülü 1300 tamaşaçı tutumu olan tribuna, müasir işıqlandırma sistemi və elektron tablo quraşdırılıb. Bundan əlavə, stadionun yanında 44x22 metr ölçüdə, 8 mm-lik süni örtüklü mini futbol meydançası inşa edilib və işıqlandırma sistemi ilə təchiz olunub.Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı 3 lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.Kompleksin ərazisində 4 ədəd 2 mərtəbəli standart və 1 ədəd 2 mərtəbəli lüks kottec inşa edilib. Standart kotteclərdə 1 qonaq otağı və 3 ədəd 2 nəfərlik yataq otağı, lüks kottecdə 1 qonaq otağı, 2 ədəd yataq otağı, mətbəx, qarderob otağı, 2 ədəd sanitar qovşaq və duş otaqları vardır. Kotteclərin ümumi tutumu 28 nəfərdir.
 

Əlavə məlumat

Şəhər/Rayon Xaçmaz

Sayt məlumatı

Saytın ID-si: 620
Baxışların sayı: 411
Əlavə edilib: 06.09.20 00:51:15
Yenilənib: 06.09.20 00:51:15
Vaxtı bitir: 30.12.23 17:03:43
Kateqoriya: İdman kompleksləri
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Əlilliyə görə pensiyalarda artım gözlənilir
Xəbərlər Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.
“Ərikli piroq”: Belə sadə şirniyyat görməmisiniz - Lent.az-ın MƏTBƏXİNDƏ
Məlumatlar Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. Bu dəfə sizə sosial şəbəkədəki “Dadlı mətbəxim” səhifəsinə istinadən asan və tez hazırlanan fərql
Sürətlə arıqlamaq infarkta səbəb ola bilər
Məqalələr Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdı.  Lent.az-ın məlumatına görə, sürətli çəki itirmək a
Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də
Xəbərlər AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müə
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Zövqlü geyindiyinizi göstərən amillər
Məqalələr Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamı