Azərbaycan Milli Karte Federasiyası

Vebsayt

Təsvir

Azərbaycanın Milli Karate Federasiyası AMKF 1994-cü ildə yaradılmışdır. 1997-ci ildən AMKF dünyada ən böyük karate təşkilatı sayılan, 191 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan Dünya Karate Federasiyasının (WKF) tam hüquqlu üzvüdür. 1996-cı ildə biz Avropa Karate Federasiyasına (EKF) daxil olmuşduq.
 
Dünya Karate Federasiyasının struktur vahidləri aşağıdakılardır:
-
ЕКF (Avropa Karate Federasiyası)

53 ölkə
www.ekf-karate.net
-
AKF (Asiya Karate Federasiyası)

42 ölkə
www.akf-karatedo.com
-
OKF (Okeaniya Karate Federasiyası)

12 ölkə
www.oceaniakarate.com
-
AKF (Afrika Karate Federasiyası)

49 ölkə
www.karateafrique.org
-
PKF (Panamerika Karate Federasiyası)

37 ölkə
www.karatepkf.com
 
WKF Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tanıdığı yeganə karate federasiyasıdır (İOC-un 17 Mart 1999-cu il tarixli 109-cu sessiyası). Onun məqsədi - olimpiya proqramına daxil olmaq üçün karatenin bütün üslub və istiqamətlərinin ümumi yarış qaydaları altında birləşdirməkdir.
 
Son bir neçə il Milli Karate Federasiyasının rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Onun köməkliyi ilə bizim idmançılar WKF tərəfindən keçirilən bütün rəsmi yarışlarda iştirak etmək imkanına malikdirlər. Gənclər və İdman Nazirliyi, eyni zamanda şəxsən Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə Prezidenti İlham Əliyev karatenin inkiafına böyük köməklik və dəstək göstərir. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim Federasiyanın fəxri üzvüdür.
 
Karate üzrə Azərbaycan milli komandası avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində bizim karateçilərimiz dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və Dünya çempionatlarında öz sözünü deyiblər. Hal-hazırda milli komanda tərkibində - əsl karate ulduzları var: dəfələrlə Dünya və Avropa çempionu, Dünya Oyunlarının, Avropa Oyunlarının, İslam Oyunlarının qalibi Rəfael Ağayev, Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Pərviz Abdulkərimov, Ceyhun Ağasiyev, Rüstəm Mədədov, Fəyyaz İldırımzadə və Niyazi Əliyev, Avropa çempionatının bürünc mükafatçısı Amal Atayev, Yusif Cəfərov, Şahin Atamov və Rəşad Hüseynov kimi daha bir neçə titullu idmançılarımız var.
 
Azərbaycan Milli Karte Federatsiyasının idman bazası aşağıdakı ünvanda yerləşir: Bakı şəh, AZ 1072, Heydər Əliyev prospekti 92A ("İnter Arena")

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 925
Baxışların sayı: 78
Əlavə edilib: 16.09.20 04:26:20
Yenilənib: 16.09.20 04:26:20
Vaxtı bitir: 16.09.21 04:26:00
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb
Xəbərlər COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb. NOCOMMENT
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Ukrayna Belarusla hava nəqliyyatını bağlayır
Xəbərlər Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Qəbələyə artıq qatarla da gedə biləcəyik – FOTOLAR
Məlumatlar [Press-DDD] Bu gün Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Preziden
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad