WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Azərbaycan Cüdo Federasiyası

Vebsayt

Təsvir

Azərbaycan Cüdo Federasiyası - Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. Məhz həmin ildə Tokioda olan Eysedzi buddist məbədində 21 yaşlı Ciqaro Kano "Kodokan” adlı məktəbin təməlini qoyub.Eysedzi məbədiCüdo-başlanğıcı yaponların qədim güləş növü olan sumoya söykənən, dzyu-dzyutsu(red.cui-citsu) döyüş təliminin əsasında yaradılıb.Dzyu-Dzyutsu(yumşaq döyüş sənəti) silahsız döyüşmək növü kimi formalaşıb.Qədim yapon əfsanələrindən birində, bu döyüş növünün təməl qaydalarının təbib Sirobey Akiyama tərəfindən yazıldığı qeyd olunur. Əfsanəyə görə, sübh tezdən öz bağında var-gəl edən Akiyama görür ki, böyük ağacların budaqları dünənki qar çovğunundan sonra qırılıb, yalnız kiçik ağac heç bir şey olmamış kimi, məğrur şəkildə yerində durur. Qar lopalarının altında qalaraq torpağa doğru əyilən kiçik ağacın budaqları, ağırlığı üzərindən ataraq, yenidən şaxələnib. Bu möcüzəni görən Sirobey Akiyama ucadan qışqırıb:”Ağırlıq altında əzilənlər-qalibdir”.Dzyu-Dzyutsu ustaları digərlərindən döyüş zamanı təkcə mükəmməl çevik hərəkətləri ilə deyil, həmçinin, rəqibin gücünü öz məqsədi üçün istifadə etmək bacarığı ilədə fərqlənirdilər. 17-19-cu əsrlərdə Yaponiyadakı feodal müharibələri zamanı samurayların əsas döyüş hazırlğına daxil edilən dzyu-dzyutsu, özünün çiçəklənmə dövrünə qədəm qoyub. Həmin ərəfədə Yaponiyada 1000-ə yaxın yumşaq döyüş sənəti məktəbi fəaliyyət göstərməyə başlayıb.Ancaq Yaponiyada Meydzi İnqilabından(red.ölkədə 1868—1889 illər ərzində siyasi, hərbi, iqtisadi və sosial islahatlar) sonra digər döyüş növləri ilə yanaşı, dzyu-dzyutsuda yeni inkişaf mərhələsinin qurbanı olaraq, tənəzzül dövrünə ayaq basıb.Ciqaro KanoMəhz yumşaq döyüş sənətinin tənəzzülü dövründə Ciqaro Kano(1860-1938) onun tamamilə ölməsinə imkan verməyib. Yaponların digər məşhur döyüş sənətlərində olan müxtəlif elementləri dzyu-dzyutsuda birləşdirən Kano-yeni döyüş növü olan cüdonu yaradıb. Ciqaronun fikrincə, cüdo təkcə döyüş sənəti deyil, həmçinin milli ənənələri özündə cəmləşdirən, gündəlik həyat fəlsəfəsi olmalı idi. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər.Artıq 1886-cı ildə cüdo dövlət səviyyəsində tanınaraq, Yaponiyanın hərbi və polis akademiyalarında, həmçinin bir müddət sonra orta və ali məktəblərdə tədris olunmağa başlayıb.Üç il sonra isə Kano Fransada ilk məktəbini açaraq, bu döyüş növünün Avropaya ayaq açmasına imkan yaradıb. Tez bir zamanda bu döyüş sənəti "Köhnə Dünya”da geniş şöhrət qazanıb."Ağ evdə” bu idman növü ilə məşğul olmaq üçün xüsusi otaq ayıran ABŞ prezidenti Teodor Ruzvelt və hindistanlı mütəfəkkir Rabindranat Taqor cüdonun böyük pərəstişkarlarından biri hesab olunur.İkinci Dünya müharibəsində Yaponiyada idmanın müxtəlif növləri kimi, cüdoda durğunluq dövrünə qədəm qoyub. 1951-ci ilin iyul ayında Beynəlxalq Cüdo Federasiyası yaradılıb. Onun ilk prezidenti isə Ciqaro Kanonun oğlu Risey olub. Beş il sonra isə Tokio cüdo üzrə ilk dünya çempionatına ev sahibliyi edib və həmin turnirdə 21 ölkədən 31 idmançı qüvvəsini sınayıb. 1964-cü ildə cüdo Olimpiya oyunlarının proqramına daxil edilib.Qadın cüdosu yaranmasına görə, Ciqara Kanonun həyat yoldaşına borcludur. Qadınlar arasında ilk dünya çempionatı 1980-ci ildə baş tutub. 12 il sonra isə qadın cüdoçular Olimpiya oyunlarında tatami üzərinə çıxıblar.Hazırda 178 ölkə Beynəlxalq federasiyanın üzvüdür. Bu döyüş sənəti ilə Yaponiyada müntəzəm olaraq 8 milyon insan məşğul olur. Dünyada isə 20 milyondan çox insan cüdonun sirlərinə yiyələnir. Cüdo kütləviliyinə görə yalnız futboldan geri qalır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 382
Baxışların sayı: 483
Əlavə edilib: 03.09.20 04:57:31
Yenilənib: 03.09.20 04:57:31
Vaxtı bitir: 30.12.23 14:04:02
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Əlilliyə görə pensiyalarda artım gözlənilir
Xəbərlər Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.
“Ərikli piroq”: Belə sadə şirniyyat görməmisiniz - Lent.az-ın MƏTBƏXİNDƏ
Məlumatlar Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. Bu dəfə sizə sosial şəbəkədəki “Dadlı mətbəxim” səhifəsinə istinadən asan və tez hazırlanan fərql
Sürətlə arıqlamaq infarkta səbəb ola bilər
Məqalələr Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdı.  Lent.az-ın məlumatına görə, sürətli çəki itirmək a
Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də
Xəbərlər AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müə
İslandiyada fərqli elektrik dirəkləri
Məlumatlar İslandiyada elektrik dirəkləri üçün fərqli tərzdə hazırlanan layihə artıq həyata keçirilib.
Zövqlü geyindiyinizi göstərən amillər
Məqalələr Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamı