Təsvir
Elmi Spektr 2016-cı ildə fundamental elmi ictimaiyyətə daha anlaşılan və maraqlı formada çatdırmağa çalışan elmi-kütləvi jurnal olaraq fəaliyyətə başlamış və zamanla təhsil problemləri ilə daha yaxından məşğul olan müstəqil bir platformaya çevrilmişdir. Bu gün fəaliyyətimiz daha çox elmi dərsliklərin tərcüməsi və müxtəlif növ azad elmi resursların yaradılması üzərində cəmləşib. Elmi Spektr özünü Açıq Elm (Open Science) hərəkatının bir hissəsi kimi görür, azad və açıq informasiyanın inqilabi potensialına inanır, bu potensialı reallaşdırmaq üçün daim yeni yollar kəşf etməyə çalışır.