WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Mesaj

Failed loading XML...

Azərbaycan Respublikasının Dğvlət Şəhərsalma və Arxitektura Komitəsi - ARXKOM

Vebsayt

Təsvir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tarixi



Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılmışdır. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilmişdir.



Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 09 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında əsasnaməyə əsasən Komitə şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.



Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir. Komitə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir.



“Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Komitənin fəaliyyət istiqamətləri genişləndirilək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir.



Beləliklə, səlahiyyət dairəsi genişləndirilən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini də (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) həyata keçirməyə başlamışdır.



Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılmış və Mərkəzin nizamnaməsi təsdiqlənmişdir. Şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Nazirlər Kabinetinin 2019-cu il 18 iyun tarixli 276 nömrəli qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə daha 3 qurum - Bakı Dövlət Layihə İnstitutu, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu daxildir.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 191
Baxışların sayı: 527
Əlavə edilib: 28.08.20 01:52:00
Yenilənib: 28.08.20 01:52:00
Vaxtı bitir: 30.12.23 14:04:23
Kateqoriya: Dövlət komitələri
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI