WEB.DDD.AZ - Azərbaycanın saytlar kataloqu

Azərbaycanda yeni vebsaytları irəli aparan saytlar kataloqu və sosial şəbəkə səhifələri kataloqu

by Anar Mirzəyev & Ələkbər Qasımov. Layihə üzrə məsləhətçilər - Pərviz MəmmədovNigar Mirzəyeva

Radius.az - Radius Avtomobil Təkər Mərkəzi

Vebsayt

Təsvir

Radius Avtomobil Təkər Mərkəzi

Şinlər Sizin avtomobilinizin yol ilə yeganə kontaktdır. Yolda təhlükəsizliyin təminatı üçün Siz əmin olmalısınız ki, quraşdırılan şinlər yolda yarana biləcək istənilən hadisəyə hazırdır. Radius Sizin mükəmməl seçiminiz üçün avtomobilin tələbatlarına və istənilən büdcəyə uyğun aparıcı istehsalçılarının geniş şin çeşidini təklif edir.

Radius - 100% milli brenddir və Avtomobil Təkər Mərkəzlərinin şəbəkəsi kimi nəzərdə tutulub. Radius müştərilərinə xidmətlərin keyfiyyətli icrası, məhsul çeşidi, şinlər və avtomobil ilə bağlı tövsiyələrini təklif edir. Beləliklə, söhbət şinlərdən gedirsə, Radius – ilk seçim yeridir!

Radius ilk müştərilərini 2014-cü ildə qarşıladı. Təkər mərkəzinin açılması ideyası sənayenin bu sahəsinə yenidən baxılmasına yönəlmişdir. Bu gün baş ofisi Bakida olan Radius öz uğurunu avtomobil sənayesinin köhnə stereotiplərinə tab gətirməsində görür.

Radiusda olarkən yaxşı işıqlandırılmış, ən xırda detallaradək düşünülmüş interyer müşahidə edilir. “Biz Sizə şinləri satmayacayıq, düzgün şinlərin seçimində kömək edəcəyik” fəlsəfəsini rəhbər tutan yüksək bilikli mütəxəssislər Sizə lazım olmayanı tövsiyə etməyəcəklər. Bu bəsit və dürüst yanaşma Radiusun uğurunun əsasıdır və Radius adı altında pərakəndə şəbəkənin yaradılmasında köməklik göstərəcək. Radius üçün adi müştəri məmnuniyyəti kifayət deyil, Radiusun əsas məqsədi – bizim qonaqlarımızın heyran qalmasıdır! Çünki məmnun alıcı geri dönəcək, lakin heyran olmuş alıcı hamıya bu haqda danışacaq. Buna görə Radius üçün həm qonaqlara qarşı nəzakətli münasibət, həm də məhsulların ədalətli qiymətlərinin zəmanəti vacibdir.

Müştərini heyran etmək böyük səy tələb edir. Radiusda avtomobil təxmini 1 saat ərzində xidmət olunur. Bu zaman Siz müştərilər üçün gözləmə otağından faydalana, avtomobilin üzərində aparılan əməliyyatları müşahidə edə, jurnal oxuya, videoroliklərə baxa, çay və ya qəhvə içə bilərsiniz.

Eyni zamanda biz Radiusda ətraf mühitin qayğısına qalırıq. Buna görə Radiusda görülən bütün işlərə aid olunan və özündə ekoloji sabit yanaşmanı ehtiva edən xüsusi proqram yaradılıb:

Radius.az - Aşınmış şinlər tullanma əvəzinə emal edilməsi üçün ixtisaslaşdırılmış partnyorlara göndərilir;
Bütün istifadə edilmiş detallar və kimyəvi tullantılar (yağlar, akkumulyatorlar)ixtisaslaşdırılmış partnyorların köməkliyi ilə emal edilir;
Yanacaq sərfiyyatının azalması üçün xüsusi şinlərin çeşidi təklif olunur.
Aqressiv inkişaf planı ilə həssas və nəzakətli işgüzar missiyanın vəhdəti Radius Avtomobil Təkər Mərkəzi haqqında tam təsəvvür yaradır.

Niyə Radius?

Söhbət şinlərin alınmasından, avtomobilin təmirindən və ya mütamadi texniki dəstəyi ilə əlaqədar xidmətlərdən gedirsə, həmişə bir sıra seçim mövcuddur. Beləliklə, niyə məhz Radius seçilməlidir?

Məsələ şinlərin alınmasına çatanda, bütün nəqliyyat vasitələri üçün minlərlə təkliflərimizin mövcüdluğu ilə yanaşı Radius operativ və pulsuz məsləhətlər təqdim edir. “Şinlərə ədalətli qiymət” zəmanəti ilə, Radius bütün bəyan edilmiş yerli qiymətlərə rəqib çıxa bilər.

Yüksək ixtisaslaşmış, təcrübəli məsləhətçilər və texniki mütəxəssislərdən ibarət komandanın yeganə və əsas məqsədi avtomobilinizin daimə saz və estetik vəziyyətdə qalmasını, heç vaxt “yolda qoymamasını” təmin etməkdir. Buna görə biz avtomobilə qulluq üzrə 13 xidmət növü təklif edirik: inspeksiya, şinmontaj, quraşdırılmış təkər bucaqlarının tənzimlənməsi, şin təmiri, təkər oteli, disk təmiri, disk rənglənməsi, yağdəyişmə, filtrasiya, əyləc servisi, akkumulyator servisi, kondisioner xidməti və səyyar xidmət.

Radiusun daha 2 vacib dəyəri var. Bunlar Radiusda xidmət olunarkən qənaət edilən vaxt və puldur. “59 dəqiqə” (59 dəqiqəyə şinmontaj, əks halda xidmət pulsuz) və “29 dəqiqə” (29 dəqiqəyə yağdəyişmə, əks halda növbətisi pulsuz) zəmanətlərinə görə şinin alınması və texniki xidmət məsələsində Radiusun niyə seçilməsini dərk etmək asandır!

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Video

Sayt məlumatı

Saytın ID-si: 1225
Baxışların sayı: 543
Əlavə edilib: 25.03.21 18:24:31
Yenilənib: 25.03.21 18:24:31
Vaxtı bitir: 25.03.22 18:24:31
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Əlilliyə görə pensiyalarda artım gözlənilir
Xəbərlər Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.
“Ərikli piroq”: Belə sadə şirniyyat görməmisiniz - Lent.az-ın MƏTBƏXİNDƏ
Məlumatlar Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. Bu dəfə sizə sosial şəbəkədəki “Dadlı mətbəxim” səhifəsinə istinadən asan və tez hazırlanan fərql
Sürətlə arıqlamaq infarkta səbəb ola bilər
Məqalələr Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdı.  Lent.az-ın məlumatına görə, sürətli çəki itirmək a
Danimarka Bakıda yarımfinala yüksəldi – AVRO-2020-də
Xəbərlər AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müə
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.