Azərbaycan Dövlət Aqrar Universiteti

Vebsayt

Təsvir

Aqrar sahənin sirlərinə yiyələnmək istəyən, bu sahənin peşəkarına çevrilməyi arzulayan gənclərin seçimi Azərbaycan Dövlət Aqrar Universitetidir. Məqsədimiz gənclərin keyfiyyətli təhsilə, uğurlu gələcəyə sahib olmaları üçün bütün lazımi şəraiti yaratmaqdır.
Unutmayaq ki, keyfiyyətli təhsil sadəcə fərdi inkişafın deyil, dövlətimizin və xalqımızın uğurlu sabahının zəmanətidir. Bu yöndə atılan ən böyük addım isə doğru seçimdən başlamalıdır.

Azərbaycan Dövlət Aqrar Universiteti
1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyatfakültələri yaradılmışdır.Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır.

1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup görkəmli rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə yüzlərlə kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı.

Bu mühüm məsələ Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti qarşısında duran ən ciddi məsələlərdən biri də ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması, ali təhsilli milli kadrların hazırlanması idi. Birinci istiqamətdə əsas diqqət Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı və Pedaqoji İnstitutlarının, həmçinin Milli Konservatoriyanın yaradılmasına yönəldilmişdir. Dördüncü hökumətin sədri Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, ali təhsil sahəsində əsas işlərdən biri Kənd Təsərrüfatı İnstitutunun yaradılması, digəri isə Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsi idi. Min bir əzab- əziyyət bahasına Bakı Dövlət Universiteti təsis edildiyi halda, digər ali məktəblər: Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Konservatoriyanın təsisi ilə bağlı layihə sənədləri hazır olmasına baxmayaraq, onları gerçəkləşdirmək mümkün olmamışdı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması məsələsi 1929-cu ildə yenidən gündəmə gəlmişdi.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu tərkibinə birləşdirildi.

Və, Respublikamızda ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-nin dar çərçivədə ilk 10 illik yubileyi keçirildi, bu münasibətlə 50 çap vərəqi həcmində 1000 nüsxə (500 nüsxəsi türk, 500 nüsxəsi rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr etdirildi.

1940-cı ildə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 20 illiyi ilə əlaqədar AKTİ-nin 20 illik yubileyi keçirildi. Kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif olundu.

1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi də məhdud çərçivədə keçirilmişdi.

Ulu Öndər Heydər Əliyev AKTİ-nin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilmiş Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həmin il iyulun 22-də AKTİ-nin 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında Mərkəzi Komitənin və Nazirlər Sovetinin qərar qəbul olunmuş , yubileyin keçirilməsi 1970-ci il dekabr ayının 14-nə təyin edilmiş, Mərkəzi Komitənin katibi Q.X.Kazımovun sədrliyi ilə 27 nəfərdən ibarət yubiley komissiyası yaradılmış, qərarın icrasını təmin etmək üçün müvafiq orqan və təşkilatlara tapşırıqlar verilmişdi. Yubiley təyin olunmuş müddətdə keçirilməsə də Azərbaycan KP MK-nın 1979-cu il 13 mart tarixli qərarı ilə yubileyin keçirilməsinə icazə verilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsində çalışarkən Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təntənəli surətdə təqdim etmişdi.

Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamış, onların arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər,türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur.Onların arasında görkəmli alimlər, dövlət və siyasi xadimlər, SSRİ və Azərbaycan SSR Parlamentlərinin deputatları, Sosialist Əməyi Qəhrəmanları olmuşdur.Məzunlardan 14-ü AMEA-nın həqiqi üzvü, 9-u müxbir üzvü seçilmişdir.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bu təhsil ocağı özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Universitet sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.

Əlavə məlumat

Şəhər/Rayon Bakı

Sayt məlumatı

Saytın ID-si: 252
Baxışların sayı: 138
Əlavə edilib: 30.08.20 00:39:57
Yenilənib: 30.08.20 00:39:57
Vaxtı bitir: 30.08.21 00:39:00
Kateqoriya: Ali məktəblər
DDD.AZ - MƏLUMAT - MEDİA BAZASI

Həcc ziyarəti ilə bağlı şok qərar: Keçərli vaksinlər açıqlanıb
Xəbərlər COVİD-19 pandemiyası bu il də Həcc ziyarətinin təşkilinə təsir göstərdi. Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün 9 səhifəlik əsas qaydaları açıqlayıb. NOCOMMENT
Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib
Məlumatlar Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8
Ukrayna Belarusla hava nəqliyyatını bağlayır
Xəbərlər Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Qəbələyə artıq qatarla da gedə biləcəyik – FOTOLAR
Məlumatlar [Press-DDD] Bu gün Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Preziden
Uzünömürlü münasibət üçün 7 qızıl qayda
Məqalələr [Press-DDD] Sevdiyiniz insanla uzun illər birlikdə xoşbəxt yaşamaq üçün nə etməli? Axşam.az sizə sağlam münasibətin və xoşbəxt evliliyin formulunu açıqlayacaq.
Bu zonadakı şirkətlər bütün vergilərdən azad olacaqlar
Məqalələr [Press-DDD] "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir. Marja qanun layihəsinə istinadən xəbər verir ki, Azad